1982 təvəllüdlü Kim Ci Yon
82 년생 김지영 | 조남주
Ço Nam Ju
- Səhifə: 160
- Ölçü: 135x195
- Çap tarixi: 2021
- ISBN: 9789952463156
- Qiyməti: 8 AZN
30 yaşlı Kim Ci Yon səs-küylü Seulun kənarında balaca bir mənzildə yaşayır. Bir çox koreyalı qadın kimi, yeni doğulan qızına baxmaq üçün işindən ayrılmalı olub. Çox keçmir ki, onda ərini, valideynlərini və ərinin qohumlarını narahat edən qəribə simptomlar üzə çıxmağa başlayır: Ci Yon həm tanıdığı, həm də tanımadığı, həm yaşayan, həm də vəfat edən qadınların səsi ilə danışmağa başlayır. Ci Yon bu psixoza daha dərindən qərq olduqda məyus olan əri onu kişi psixiatrına göndərir.
Kitabın müəllifi keçmiş ssenarist olan Ço Nam Ju romanı iki ay ərzində yazaraq başa vurub. O, romanın belə sürətli yazılmasını bu cür izah edir: “Kim Ci Yonun həyatı mənim həyatımdan çox fərqlənmir. Məhz bu səbəbdən bu qədər tez, hazırlıq görmədən yazıb bitirmişəm…” “Minumsa” nəşriyyatı tərəfindən 2016-cı ilin oktyabrında nəşr olunan roman 27 noyabr 2018-ci il tarixində
1 milyondan çox nüsxə satılmışdır. 2009-cu ildən bəri Kun Suk Şinin “Anam sənə əmənət” romanından sonra milyon nüsxə ilə satılan ilk Koreya romanı hesab edilir.
22 ölkədə 1,3 milyondan çox nüsxə satılan bu roman “National Book Award”ın “Tərcümə ədəbiyyatı” kateqoriyasına və “A New York Times Notable Book of 2020 and Editors’ Choice Selection”ın uzun siyahısına daxil edilmişdir.
“NPR”, “TIME Magazine”, “Chicago Public Library” bu kitabı 2020-ci ilin ən yaxşı kitabı seçib.
“Təkcə həyəcanlı bir roman deyil, cəmiyyətin əsl güzgüsüdür. Müəllif o qədər cəsurdur ki, bizi olduğumuz kimi – simasız göstərməyi bacarıb”.
— Korean Literature Now
“Bu kitabı oxuduqdan sonra bir çox şeyə fərqli gözlə baxmağa başladım. Bir qadın olaraq üzləşdiyim haqsızlıqları mənə xatırlatdı. Bu hiss məni təəccübləndirdi”.
— Çhve Su Yön, “Girls’ Generation”-ın üzvü
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın