Onqaku
İlham pərisini rəqsə dəvət edən gənc yazarın 100 yazısı
Coşqun Kərimov
- Səhifə: 264
- Ölçü: 128x185
- Çap tarixi: 2019
- ISBN: 9788175257665
- Qiyməti: 10 AZN
Əvvəlki üç kitabıma ad seçərkən əvvəl qəribə səslənən, sonra isə doğmalaşan adlara üstünlük vermişdim. Bu qaydama sadiq qalaraq “KVAN”, “UBUNTU” və “ALAMO13”-dən sonra sizi “ONQAKU” sözü və kitabı ilə tanış etmək istəyirəm. Kitabda olan yazıları oxuyarkən “ONQAKU”nun təsirinə düşməyinizi arzu edirəm. Yapon dilində musiqi sözünü ifadə etmək üçün on+gaku birləşməsindən istifadə edilir. On “səs”, gaku isə “xoşuna gəlmək” deməkdir. Xoşumuza gələn səsləri bir yerə yığanda musiqi yaranır. Yazı yazarkən adətən musiqiyə qulaq asıram. Bu kitabda “Yeraltı musiqi silsiləsi” adı ilə sosial şəbəkədə 2 il ərzində yazdığım 100 yazı toplanıb. Əksər yazılar fərqli bir musiqi parçasının, video və ya müsahibənin təsiri ilə yazılıb. Bəzən elə olub ki, bir musiqinin müşayiətində iki-üç yazı gəlib barmaqlarımın ucuna…
ONQAKU ilham pərisini rəqsə dəvət edən gənc yazarın 100 yazısıdır. Eyni zamanda onun yazılarının ruhuna hopan musiqi parçalarıdır.
Coşqun Kərimov
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın