Dağın zirvəsindəki oğlan

The Boy at the Top of the Mountain

Con Boyn

  • Səhifə: 208
  • Ölçü: 135x195
  • Çap tarixi: 2020
  • ISBN: 9789952463125
  • Qiyməti: 9 AZN

Bu əsər “Zolaqlı pijamalı oğlan” kitabının müəllifinin yeni romanıdır. Pyero Parisdə yaşayır. Anası fransız, atası isə almandır. Atası I Dünya Müharibəsində iştirak etmiş, sağ qalsa da, ömürlük psixoloji travmalarla yaşamalı olmuşdur. Ailədə hər şey qaydasında olmasa da, Pyero xoşbəxtdir. Valideynləri onu çox sevir, Anşel adlı lal-kar bir dostu da var. Onunla əl-qol hərəkətləri ilə, mimikalarla ünsiyyət qurur. Lakin bir gün bu xoşbəxtlik sona çatır. Təqvim 1930-cu illəri göstərir. Çox keçmir ki, Pyero Avstriyaya yola düşməli, dağın zirvəsindəki ehtişamlı evdə yaşamalı olur. Artıq onun adı Pyero deyil, Peterdir və yetkin bir dostu var. Dostunun kvadrat bığı, Yeva adlı gözəl xanımı və Blondi adlı bir iti var. Təzə dostu mehriban, ağıllı və hərəkətli insandır. Ancaq nədənsə evin xidmətçiləri ondan çox qorxurlar. Evə gələn qonaqlar isə ancaq Almaniyanın qüdrətindən və onun Avropaya səs salacağından danışırlar.

Kəskin süjet xəttə malik bu roman mövzu baxımdan “Zolaqlı pijamalı oğlan”ın ardı sayıla bilər. Müharibə, faşizm və insanı zəhərləyib dəyişdirən ideologiya bir uşağın gözündən canlandırılır.İnsan göz qabağındakı faciəyə biganə qala bilmir, çünki gec-tez bir ucu gəlib ona toxunacaq. Mütaliəni sevən bir atanın dediyi kimi: “Oğluma oxumaq üçün Con Boynun kitabını verdim və inanıram ki, bundan sonra ona nasizm haqqında əlavə məlumat verməyə ehtiyac yoxdur. Hər şeyi özü başa düşəcək”.
“Русский Репортер” jurnalı

Əksəriyyət Con Boynu konslagerdəki bir uşaqla gestapoçunun oğlu arasındakı dostluqdan bəhs edən “Zolaqlı pijamalı oğlan” kitabından tanıyır. Boyn bütün romanlarında eyni xətti fərqli süjetlərlə təkrar edir: böyük bir tarixi hadisəni kiçik bir fərdi faciə ilə birləşdirir. İnsandan bəhs etməsinə baxmayaraq, öyüd-nəsihət vermir və tarixi fondan daha çox dövrün qəhrəmanlarına diqqət yetirir. Onun kitablarından ayrılmaq olmur.
“The Village” jurnalı

Kitab çox sadə dildə yazılıb ki, bu da əsərin inandırıcılığını artırır. Son səhifələri əsl katarsisdir. Bu, insanları yoldan çıxaran nasizm haqqında güclü bir romandır. Boyn bizə birbaşa bunu demək istəyir: “Pyeronun başına gələnlər bir gün hər birimizin başına gələ bilər”.
“Irish Independent” qəzeti

Bəzən kitab seli içindən qarşımıza elə bir əsər çıxır ki, hisləri ehtizaza gətirir, ağılı təşvişə salır və yaddaşlarda dərin izlər buraxır. Bu məhz belə bir kitabdır.
“The Yorkshire Evening Post” qəzeti

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.