A.Q.A.

Жизнь А. Г. / Вячеслав Ставецкий

Vyaçeslav Stavetski

  • Səhifə: 272
  • Ölçü: 140x210
  • Çap tarixi: noyabr, 2023
  • ISBN: 97899552463293
  • Qiyməti: 12 AZN

İspan generalı Auqusto Avelyaneda diktatorların ən bədbəxtidir. Amma onun İkinci Dünya müharibəsindəki müttəfiqlərinin bəxti yaxşı gətirmişdi: biri alnından güllələnmiş, digəri isə Piazzale Loretoda ipə keçirilmişdi. Silah “faciəvi şəkildə” açılmamaqla Avelyanedaya xəyanət etmiş, onu respublikaçıların əlinə vermişdi.

“Silah açılmadı. Avelyaneda ümidsizcəsinə lüləyi bir az da dərinə dürtdü – sanki bütün bu baş verən rüsvayçılığı ağzının içində gizlədə biləcəkdi. Amma tətiyi çəkməyə fürsət tapmadı. İçəri soxulan qvardiyaçı ildırım kimi qəfildən çaxan yumruq zərbəsi ilə valteri vurub onun əlindən saldı”.

Qiyamçılar isə onun barəsində dəhşətli bir hökm vermişdilər – diktatoru qəfəsə salmış, onu şəhər-şəhər gəzdirərək qəzəbli “təbəəsinə” nümayiş etdirmişdilər. Ümumbəşəri ədalət zəfər çalmış, saysız-hesabsız qurbanların qanı qatilin rəzil-rüsvay edilməsi ilə ödənmişdi, lakin bu qeyri-adi antropoloji eksperiment tədricən keçmiş liderlə xalqın arasında münaqişə yaranmasına gətirib çıxarmışdı…

“Yox, diktator ancaq burada azad qala bilərdi – qəfəsin içində… Uzunluğu altı qısa addım olan öz balaca qəfəs dövlətində. Bura onun ərazisi idi. Budur o müqəddəs torpaq! Burada ona, Auqusto Avelyanedaya kütlənin mundar əlləri heç vaxt toxunmayacaqdı.”

Nominant:
“Выбор читателей Лайвлиба” – 2019
“Большая книга” – 2019
“Ясная Поляна” – 2019
“Премия Читателя” – 2020
“ФИКШН35” – 2020

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.