Badam

Sohn Won-Pyung

Son Von Pyon

  • Səhifə: 196
  • Ölçü: 135x195
  • Çap tarixi: 2023
  • ISBN: 9789952463279
  • Qiyməti: 8.50 AZN

“Bilmədiyin hissləri anlamaq insanın əhvalını həmişə yaxşı eləmir. Hisslər heç də asan məsələ deyil. Birdən-birə dünya gözündə tamamilə dəyişiləcək. Ən xırda şeylər belə səni kəskin silah kimi yaralayacaq. Adi bir üz ifadəsi, bir söz belə səni sancacaq. Yol kənarındakı daşlara bir bax! Heç bir şey hiss etmirlər, amma həmişə əzilirlər. İnsanlar onları tapdalayırlar, daşlar isə bundan bixəbərdirlər. Əgər bilsəydilər ki, hər gün, özü də dəfələrlə tapdalanırlar, təpiklənirlər, əzilirlər, yumalanırlar, aşınırlar, görəsən, halları necə olardı? Çox güman ki, sözlərim səndə heç bir hiss oyatmır. Yəni demək istəyirəm ki…”

“Bilirəm, bu banal səslənəcəkdir, ancaq mən belə bir nəticəyə gəlmişəm ki, sevgi insanı insan edən, bəzən isə onu bədheybətə döndərən bir qüvvədir. Bu romanla çatdırmaq istədiyim əsas fikir də məhz bu idi”.
— Son Von Pyon

“Bir sözlə bu kitab bir monstrın başqa bir monstrla qarşılaşmasından bəhs edir. Həmin monstrlardan biri mənəm”.
Yunce anadangəlmə aleksitimiya xəstəsidir. Beynində badamaoxşar cismin ölçüsü kiçik olduğuna görə qorxu, qəzəb və s. kimi hissləri duya bilmir. Yunce ailəsi — anası və nənəsi ilə birlikdə yaşayır. Onlar ailəvi bukinist işlədirlər, bura həm də onlaraın evidir. Evin divarlarına kağızlar vurulub. Yunce kağızlardakı qeydlərə görə hissləri öyrənməyə çalışır.
Milad ərəfəsində, Yuncenin ad günündə bir faciə baş verir. Bu hadisə onun dünyasını alt-üst edir və o tək qalır.
Bir gün siniflərinə Qon adlı bir oğlan gəlir. Yuncenin həyatı bundan belə daha da çətinləşir, çünki yeni şagirdin bir məsqsədi var, onu hirsləndirmək. Lakin Yunce buna qadir deyil.
Buna baxmayaraq, zalım və qurban bir-birini tanıdıqca ortaq cəhətlərini kəşf edirlər. Qon Yuncenin hissiyyatsızlığını anlamağa çalışır, Yunce isə dünüşünür ki, əgər hövsələsiz, qəzəbli Qonu başa düşərsə, həqiqi hissləri duya biləcək.

“Son Von Pyon başa düşür ki, fərqli düşünən, hiss edən və ünsiyyət quran insanlar cəmiyyətin qatilləri deyil, onun xilaskarlarıdır. Onun nəsri sonsuz mərhəmət və incəliklərlə doludur”.
― Madelin Rayan

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.