Doktor Səid. Bir milyonluq xəyanət
məlumat daxil edilməyib
Vüsal Aydın
- Səhifə: 332
- Ölçü: 143x202
- Çap tarixi: 07.2024
- ISBN: 9789952463330
- Qiyməti: 13 AZN
Bütün intiharlar
cinayətdir!
Qurban və qatil
eyni adam olsa belə!
“Bir milyonluq xəyanət” əsəri sırf özünəqəsd mövzusunda yazılmış ilk azərbaycandilli romanın – “Doktor Səid” trilogiyasının birinci kitabıdır. Burada oxucu intihar hadisələrinin “niyəsi-ni” axtaran Səidi tanıyır, ona qoşulub bu faciələrin kökündə yatan səbəbləri üzə çıxarmağa çalışır. Baş qəhrəman hər hadisədə yeni müəmmalarla qarşılaşır, hər pillədə daha dərinə enərək, nəhayət, öz ruhunun qaranlıq məqamları ilə üzləşməli olur.
Doktor Səid intihar hadisələri üzrə mütəxəssisdir. O, qeyri-rəsmi işləyir, fərdi sifarişlər əsasında intiharları, ya da intihar donu geyindirilmiş cinayətləri araşdırır. Amma maraqlıdır ki, ona həvalə edilən ölüm hadisələri həm də bir-biri ilə əlaqəli olur. İndi Səid həm bu hadisələrin öz müəmmasını tapıb ortaya çıxarmalıdır, həm də bu müəmmaların çox dərinlərdə gizlənən bağlarını…
Əsərdə müəllif öz obrazını “bağışlamır”, onun reallıqdan qoparaq öz müqəddəs amalı yolunda rahat addımlamağına icazə vermir, əksinə, özünü bütövlükdə intihar hadisələrini araşdırmağa həsr etmiş Doktor Səidi gerçək həyatın dolaylarında da sınağa çəkir.
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın