Düşüncənin gücü
Ceyms Allen
As a Man Th inketh / James Allen
- Səhifə: 52
- Ölçü: 110X180
- Çap tarixi: 2019
- ISBN: 9789952463088
- Qiyməti: 4 AZN
“Ey fırtınaların girdabına düşən insanlar – harada olursunuz olun, hansı şəraitdə yaşayırsınız yaşayın, – bilin ki, həyat okeanında xoşbəxtlik adaları sizə gülümsəməkdə və ideallarınızın günəşli sahilləri sizin gəlişinizi gözləməkdədir. Düşüncələrinizin sükanından möhkəm yapışın. Kapitan ruhunuzun dərinliklərində yatır, onu oyadın. Özünə hakim olmaq güclü olmaq deməkdir. Doğru düşüncə məharətdir, sükunət gücdür. Qəlbinizə söyləyin: “Hüzurlu ol, sakitləş!””
Arzulamaq əldə etməkdir, istəmək nail olmaqdır. Rəvadırmı ki, insanın ən səfil hisləri məmnun edilsin, ən pak arzuları isə bir kənara atılsın? Qanun belə deyil. Bu, yolverilməzdir. “İstəməli və almalısınız”.
Böyük xəyallar qurun. Xəyal qurduqca ona doğru gedəcəksiniz. Xəyalınız bir gün o yerə çatacağınızı vəd edir, idealınız əldə edəcəklərinizi xəbər verir.
Ceyms Allen (James Allen) – motivasiya kitabları və şeirləri ilə tanınan Britaniya yazıçısıdır. Ceyma Allen öz ədəbi əsərlərində şəxsiyyətin motivasiyası və daxili potensialın üzə çıxarılması haqqında ciddi analizlər aparan ilk amerikalılardan biridir.
Allenin 1902-ci ildə işıq üzü görən ən məşhur əsəri “As a Man Thinketh” (Düşüncənin gücü) hazırda da sanballı klassik motivasiya əsərlərdən sayılır. Kitabın əsas ideyası odur ki, düşüncə insanı formalaşdırır: ali düşüncələr ali insanı, pis düşüncələr isə pis insanı doğurur.
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın