Madam Floranın rəngli daşları
məlumat daxil edilməyib
Nicat Kazımov
- Səhifə: 240
- Ölçü: 135x195
- Çap tarixi: 2020
- ISBN: 9789952463118
- Qiyməti: 9 AZN
Başladığı ölkədə bitən bir insan ömrünün acılı-şirinli romanı.. Burada sevgi ilə ayrılıq, xoşbəxtliklə bədbəxtlik qol-qoladır, qoşa addımlayır. Burada sevgilinin həsrəti ilə vətən sevgisi bir-birinə qarışır. Maraqlı və sürprizlərlə dolu süjet, bir gövdədə birləşən ömür budaqları… Faciələr, iztirablar, sevgilər və ülvi amal uğrunda fəda edilən canlar…
– Barmağı ilə yaşıl daşı göstərib davam etdi. – Bax, bu daşı Kambocadan gətiriblər, bu göyü isə Çindən. Bax, bu qara daşı da Türkiyədən gətiriblər. Burada Hindistandan, Kenyadan, Uqandadan, Almaniyadan, İngiltərədən, başqa-başqa yerlərdən gətirilmiş daşlar var.
Madam Flora çox həvəslə danışırdı. Marağımı saxlaya bilməyib soruşdum:
– Çox gözəl kolleksiyadır. Sualıma görə üzrlü sayın. Bəs niyə məhz daş? Məsələn, pul kolleksiyası daha yaxşı olmazdımı?
O gülümsədi, sonra da dilləndi:
– Özümə söz vermişəm ki, ölənə kimi bu daşların kolleksiyasını yekunlaşdırım. İstəyirəm ki, son nəfəsimdə bu daşları ayağımın altına düzdürüm və deyim: “Bütün dünya mənim ayaqlarımın altındadır”.
Nicat Kazımov Gəncə şəhərində andan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsində təhsil aldıqdan sonra Korsika və Strasburqda təhsilini davam etdirmişdir.
Yazıçı Fransada fəaliyyətə başlayan “Kapaz” (Kəpəz) nəşriyyatının həmtəsisçisi və rəhbəridir. Fransada azərbaycanlı və fransız ədəbiyyaçılar və yazıçılar tərəfindən yaradılmış “Kapaz” nəşriyyatı Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir əsərlərinin tərcüməsi və nəşri ilə məşğuldur.
Nicat Kazımov hazırda Fransada yaşayır. “İblisin oyunu” romanının müəllifidir. 2014-cü ildə fransız dilində yazdığı “Rəngli daşlar” (Les pierres en couleurs) romanı Fransanın “Pantheon” nəşriyyatı tərəfindən çap edilib. Kitab Fransa ilə yanaşı, Kanada, İsveçrə, Belçika və digər frankafon ölkələrin kitab rəflərində yerini almışdır. “Rəngli daşlar” (Разноцветные камни) əsəri eyni zamanda rus dilinə tərcümə olunaraq Rusiyada çap olunmuşdur.
Yazıçı roman janrı ilə yanaşı, hekayə, dram, memuar janrlarında da qələmini sınamış, bu janrlarda bir çox əsərlər yazmış, həmçinin fransız yazıçılarını dilimizə, Azərbaycanın tanınmış yazıçılarını da fransız dilinə tərcümə etmişdir.
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın