Qum canavarı

Sandvargen | Åsa Lind

Osa Lind

  • Səhifə: 102
  • Ölçü: 135x195
  • Çap tarixi: 2021
  • ISBN: 9789952463170
  • Qiyməti: 5 AZN

“– Kainat hər şeydir, – qum canavarı dedi. – Mövcud olan hər şey. Burada və indi, orada və o zaman. İşıq və qaranlıq, kəhkəşanlar və ulduzlar, planetlər, kometalar, kərənaylar, qartallar və ayılar və… hətta bəzən şalvarın cibinin bir küncünə yapışıb qalmış tozlu, qırmızı nabatlar…
– Mənim bayaq udduğum nabat kimi? – Zakarina soruşdu.
– O da kainatın bir parçası idi?
– Əlbəttə! O da kainatın bir parçası idi. Sən də, – Zakarina, kainatın bir parçasısan”.

Bir gün Zakarina dəniz sahilində bir quyu qazır. Quyuda çox nadir bir qum canavarına rast gəlir. Sapsarı canavar par-par parıldayır, özü də günəşin və ayın işığı ilə qidalanır. Zakarina ilə qum canavarı arasında möhkəm dostluq yaranır. Zakarina hər dəfə suallarla qarşılaşanda birinci qum canavarına baş çəkir. Elə bir sual yoxdur ki, qum canavarı ona cavab tapmasın, onu izah eləməsin. Ancaq canavar suallara birbaşa cavab vermir, Zakarinaya fərqli baxış bucağından yanaşmağı öyrədir, ona həlli deyil, həll yollarını göstərir. Məsələn, Zakarina bir gün canavara: “Mən dünyaya gəlmədən hardaydım?” deyir. Qum canavarı isə qısaca: “Bunu ancaq sən bilə bilərsən. Bu sənin hekayəndir”, – cavabını verir.
Qum canavarı Zakarinaya təfəkkürün qapılarını açır, qızcığaz da kiçik addımlarla o qapıdan keçir.
“Qum canavarı” silsiləsi həm uşaqlar, həm də valideynlər üçün nəzərdə tutulmuşdur. 2003 -cü ildə kitab “Nils Holgersson-plaketten” mükafatına layiq görülmüş, həmin ilin avqust ayında isə kitabın ikinci cildi, “Yenə qum canavarı” eyni mükafata namizəd göstərilmişdir.

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.