Yenə qum canavarı
Mera sandvargen | Åsa Lind
Osa Lind
- Səhifə: 100
- Ölçü: 135x195
- Çap tarixi: 2021
- ISBN: 9789952463170
- Qiyməti: 5 AZN
“Zakarina qum canavarının quyruğundan tutdu və dairəvi rəqs etdilər. Onlar təkərin ətrafında rəqs edərkən Ölüm Tikkonu götürüb özü ilə uzaqlara apardı. Getdikləri yer yaxın olduğu qədər də uzaq idi.
Ertəsi gün səhər sıyıq yeyərkən atası Pettersonun itinin öldüyünü dedi.
– Xəbərim var.
– Doğrudan? Pettersonla danışmısan?
– Yox, Ölümlə. Mən onunla çimərlikdə qarşılaşdım”.
Zakarinanın qum canavarı ilə macərası davam edir…
Bir gün Zakarina dəniz sahilində bir quyu qazır. Quyuda çox nadir bir qum canavarına rast gəlir. Sapsarı canavar par-par parıldayır, özü də günəşin və ayın işığı ilə qidalanır. Zakarina ilə qum canavarı arasında möhkəm dostluq yaranır. Zakarina hər dəfə suallarla qarşılaşanda birinci qum canavarına baş çəkir. Elə bir sual yoxdur ki, qum canavarı ona cavab tapmasın, onu izah eləməsin. Ancaq canavar suallara birbaşa cavab vermir, Zakarinaya fərqli baxış bucağından yanaşmağı öyrədir, ona həlli deyil, həll yollarını göstərir. Məsələn, Zakarina bir gün canavara: “Mən dünyaya gəlmədən hardaydım?” deyir. Qum canavarı isə qısaca: “Bunu ancaq sən bilə bilərsən. Bu sənin hekayəndir”, – cavabını verir.
Qum canavarı Zakarinaya təfəkkürün qapılarını açır, qızcığaz da kiçik addımlarla o qapıdan keçir.
“Qum canavarı” silsiləsi həm uşaqlar, həm də valideynlər üçün nəzərdə tutulmuşdur. 2003 -cü ildə kitab “Nils Holgersson-plaketten” mükafatına layiq görülmüş, həmin ilin avqust ayında isə kitabın ikinci cildi, “Yenə qum canavarı” eyni mükafata namizəd göstərilmişdir.
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın